Ən son xəbərlər

Ağdam kəndlərinin tarixi-3-cü hissə

11072929_777567302334655_8151837935839473539_nAğdam kəndlərinin tarixi-3-cü hissə

Dadaşlı – XIX əsrdə Qarabağda maldarlıqla məşğul olmuş kiçik Dadaşlı elinin məskunlaşması nəticəsində yaranmışdır.

Evoğlu – Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağaya mənsub Evoğlu adlı 14 ailənin məskunlaşması nəticəsində yaranmışdır. Qarabağda yaşamış qədim ellərdən biridir. Əsli İvə tayfasının adından etibarilə “İvə tayfasına mənsub nəsil” mənasındadır.

Eyvazxanbəyli – XIX əsrin 30-cu illərində kəndin adı Ərəb-Eyvazxan idi. Eyvazxan Məmmədxan bəy adlı bir bəyin oğlunun adıdır (indi Eyvazxanbəyli kəndinin bir məhəlləsi Məmmədxanbəyli adlanır). Eyvaz xan 1826-cı ildə İrana köçmüş, lakin çox keçmədən geri qayıtmışdır. Çar hökuməti onu bağışlamış,Şalva,Tərnəgüt kəndlərini,Əli-Məmməd köçü və İsaq Pənah Sərkar köçü adlı elatları ona vermişdir. Kənd Eyvazxan bəyə məxsus rəiyyətin məskunlaşması nəticəsində yaranmışdır. Eyvazxanbəylilər yayı Kəlbəcərin Çalbayır adlı yaylağında, qışı isə indiki kəndin ərazisində keçirilmişlər. Kənddə Qəhrəmanbəyli, Süleymanbəyli, Məmmədxanbəyli nəsilləri yaşayır.

Əlimədətli – XIX əsrdə Qarabağ düzündə maldarlıqla məşğul kiçik Əlimədətli obasının məskunlaşması nəticəsində yaranmışdır.

Əliağalı – XIX əsrin axırlarında maldarlıqla məşğul olmuş kiçik bir obanın adıdır.

Ətyeməzli – Kəbirli tayfasının Qərvəndli qolunun Ətyeməzli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Əsli Ətyeməzlidir. İranın Xorasan əyalətində Ətyeməzli nahiyəsinin adı ilə bağlıdır.

Zəngişalı – Zəngiçayın adı ilə adlanmışdır. Zəngişalı “Zəngiçaylılar” mənasındadır.

İlxıçı – XIX əsrdə Qarabağda maldarlıqla məşğul olmuş bir elin adıdır. Mənbələrə görə, mənşəcə Təklə tayfasına mənsub idi.

İmamqulubəyli – Kəngərlinin Qaradonlu qolunun İmamqulubəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Əsl adı Tərəkəmə İmamqulubəylidir. 1823-cü ildə Qarabağ xanının nəslindən İmamqulu bəy və Adıgözəl bəyə məxsus 104 ailə İrəvan xanlığına qaçmış, lakin sonra geri qayıtmışdı. Oturaqlaşdıqdan sonra yaranmış kənd İmamqulu bəyin adı ilə adlanmışdır.

İsalar – Əsli Molla İsalardır. Boyəhmədli tayfasının Molla İsalar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.

İsmayılbəyli – Tam adı Mərzili-İsmayılbəyli. Mərzili tayfasından İsmayıl bəy adlı birisinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

 

Advertisements
About aghdamnews (656 Articles)
Ağdamın ilk xəbər portalı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: